Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib.
“Qafqazinfo”nun məlumatına görə, görüş zamanı tanınmış kikboksçu, dünya və Avropa çempionu Eduard Məmmədovla dövlət başçısı arasında maraqlı dialoq yaşanıb.
Prezident İlham Əliyev: Sən necə, davam edirsən? Hamını vurursan?
Eduard Məmmədov: Bəli.
Prezident İlham Əliyev: Artıq neçə ildir ki, vurursan?
Eduard Məmmədov: Otuzdan çox. (gülür)
Prezident İlham Əliyev: Sən dəyişmirsən.
Son xəbərlər
Son Xəbərlər