“Separatçılara son ittihamlar elan ediləcək” - Baş prokuror

separatcilara-son-ittihamlar-elan-edilecek
Oxunma sayı: 1896

“Azərbaycanda həbsdə olan erməni separatçılarının işinin istintaqına bir çox dövlət qurumları cəlb edilib”.

“Qafqazinfo” xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalist Mir Şahin Ağayevə müsahibəsində deyib.

Baş prokuror bildirib ki, hazırda onlara veriləcək son ittihamlar üzərində işlənilir:

“Onların bütün cinayətləri tədqiq edilir. Kifayət qədər faktlar üzə çıxır. Yaxın vaxtlarda onlara son ittihamlar elan ediləcək, cinayət işləri məhkəməyə göndəriləcək. Onlar konkret əməllərə görə məsuliyyətə cəlb edilib, konkret əməllərə görə ittihamlar verilib. Bunu bütün Azərbaycan xalqı, beynəlxalq təşkilatlar, qərb və digər ölkələr məhkəmə baxışı zamanı görəcəklər”.