Sərnişinlər dava saldı - Təyyarə məcburi eniş etdi

sernisinler-dava-saldi
Oxunma sayı: 3725

Memmingendən (Almaniya) Kutaisiyə (Gürcüstan) uçan “Vizz Air” təyyarəsi Rumıniyanın Kluj-Napoka şəhərinin hava limanına məcburi eniş edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Flight Radar” xidmətinin məlumatında deyilir.

Belə ki, məcburi enişə səbəb kimi sərnişinlər arasında münaqişənin baş verməsi göstərilib.

İddialara görə, Gürcüstan və Rusiyadan olan sərnişinlər arasında dava düşüb.

Enişdən sonra münaqişə iştirakçıları polisin köməyi ilə təyyarədən çıxarılıb.