Sərvər Bəşirli Əminə Ərdoğanın verdiyi iftar süfrəsində - Fotolar

server-besirli-emine-erdoganin-verdiyi-iftar-sufresinde
Oxunma sayı: 2978

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan ölkədə fevral ayında baş verən dağıdıcı zəlzələlərdən əziyyət çəkən və zəlzələ bölgəsində könüllü işlərdə iştirak edən bir qrup şəxslə birgə iftara qatılıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Ə.Ərdoğan öz tviter hesabında paylaşıb.

Tədbirə dəvət olunanlar arasında zəlzələdən əziyyət çəkənlərə öz maşını ilə yardım aparması ilə gündəmə gələn azərbaycanlı Sərvər Bəşirli də olub.

Xatırladaq ki, S.Bəşirli daha sonradan Türkiyəyə yollanaraq orada könüllü fəaliyyətlərə qoşulub.

Həmçinin oxuyun: Урок патриотизма от маленьких школьниц - Видео