Sərvəti ilə Ronaldo və Messini geridə qoydu

serveti-ile-ronaldo-ve-messini-geride-qoydu
Oxunma sayı: 15912

Dünyanın ən varlı futbolçularının siyahısı açıqlanıb.

“Qafqazinfo” xəbər verir ki, siyahıya Bruney kral ailəsinin üzvü Faiq Bolkiah liderlik edir.

Belə ki, onun şəxsi sərvəti 20 milyard funt sterlinq qiymətləndirilir.

Məlumata görə, Neymar Jr. 1,3 milyard, Kriştianu Ronaldo 1 milyard, Lionel Messi isə 800 milyon funt sterlinq sərvətə sahibdir.

Qeyd edək ki, Faiq Bolkiah əvvəllər “Çelsi” və “Lester Siti”nin akademiyalarında çıxış edib. Hazırda o, Tailandın “Ratçaburi” klubunda oynayır.