Səudiyyə Ərəbistanında helikopter qəzası - Ölənlər var

seudiyye-erebistaninda-helikopter-qezasi
Oxunma sayı: 294

Səudiyyə Ərəbistanında AH-6i tipli kəşfiyyat helikopteri qəzaya uğrayıb.

“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” agentliyi məlumat yayıb.

Məlumata görə, hadisə nəticəsində iki ekipaj üzvü həlak olub.

Agentliyin bildirdiyinə görə, qəzaya texniki nasazlıq səbəb olub. Helikopter ölkənin cənubundakı Nəcran bölgəsində yerə düşüb. Hadisənin Səudiyyə Ərəbistanı Milli Qvardiya Nazirliyinin yurisdiksiyasında olan ərazidə baş verdiyi qeyd olunur.

Hadisə ilə bağlı əlavə təfərrüatlar açıqlanmayıb.