Sevastopol yaxınlığında hərbi təyyarə dənizə düşdü - Video

sevastopol-yaxinliginda-herbi-teyyare-denize-dusdu
Oxunma sayı: 2523

Sevastopol şəhəri yaxınlığında hərbi təyyarə dənizə düşüb.

“Qafqazinfo” “Qazeta.ru”ya istinadən xəbər verir ki, bu barədə şəhərin meri Mixail Razvojayev özünün teleqram kanalında məlumat verib:

“Hərbi təyyarə dənizə düşüb. Ukraynanın səhifələrində çoxlu məlumatlar dərc olunur, lakin mülki obyektlərə ziyan dəyməyib”.

Onun sözlərinə görə, pilot katapult həyata keçirib: “Pilot təyyarəni çıxara bilib və onu sahildən təxminən 200 metr aralıda Sevastopol Xilasetmə Xidmətinin əməkdaşları təxliyə ediblər”.