Sevənləri Heydər məscidinin önünə toplaşdı - Fotolar

sevenleri-heyder-mescidinin-onune-toplasdi
Oxunma sayı: 17104

Xəbər verdiyimiz kimi, millət vəkili Qənirə Paşayeva bu gün müalicə olunduğu Mərkəzi Klinikanın reanimasiya şöbəsində vəfat edib. 

“Qafqazinfo”nun məlumatına görə, mərhum millət vəkilinin nəşi Heydər məscidinə gətirilib.

Onu sevənlər məscidin önünə toplaşıb.

Qeyd edək ki, Qənirə Paşayeva ilə vida mərasimi sabah səhər 10:00-da Heydər məscidində olacaq. Mərhum bundan bir saat sonra İkinci Fəxri Xiyabana torpağa tapşırılacaq.

Fotolar: Xəyal Vəlizadə