“Sevgi şəhəri”ndən qayıtdıqdan sonra ayrıldılar

sevgi-seherinden-qayitdiqdan-sonra-ayrildilar
Oxunma sayı: 2969

Ötən aylarda sevgili olduqlarını açıqlayan türkiyəli aktrisa Serenay Sarıkaya və rejissor Umut Evirgen münasibətlərinə son qoyublar.

“Qafqazinfo” “Hürriyet”ə istinadən xəbər verir ki, cütlük “sevgi şəhəri” – Parisdən dönəndən sonra yollarını ayırıb.

Belə ki, ikili Yeni İli Fransanın paytaxtında qarşılayıb. Daha sonra məlum olub ki, Serenay və Umut istirahətdən qayıtdıqdan sonra münasibətlərini davam etdirməmək qərarına gəlib. Toy ərəfəsində olduqları deyilən cütlüyün ayrılığı onların dostlarını da təəccübləndirib.

Qeyd edək ki, Umut Evirgen daha əvvəl aktrisa Tuba Büyüküstünlə, Serenay Sarıkaya isə aktyorlar Cem Yılmaz, Kerim Bürsin və iş adamı Haldun Demirhisarla sevgili olub.