Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov haqda qərar verildi

sevinc-osmanqizi-abid-qafarov-ve-beydulla-manafov-haqda-qerar-verildi
Oxunma sayı: 1727

Dövlət əleyhinə çağırışlarda təqsirləndirilən Sevinc Mirzəyeva (Osmanqızı), Abid Qafarov və Beydulla Manafovun cinayət işi üzrə yekun məhkəmə iclası keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda təqsirləndirilənlərə qiyabi hökm oxunub.

Hökmə əsasən, Sevinc Osmanqızı, Abid Qafarov və Beydulla Manafov hər biri səkkiz il müddətinə azadlıqdan məhrum ediliblər.