Türkiyəli məşhur müğənni Murat Dalkılıç səhhətindəki problemlərlə əlaqədar 13-cü dəfə burun əməliyyatı keçirib.
“Qafqazinfo” xəbər verir ki, o, əməliyyatın uğurla başa çatdığını və sağalma prosesinin başladığını bildirib.
Uzun müddətdir burun nahiyəsində yaşadığı sağlamlıq problemləri səbəbindən dəfələrlə əməliyyat olunan ifaçı növbəti dəfə cərrahi müdaxiləyə ehtiyac duyub.
M.Dalkılıç sosial media hesabında paylaşdığı açıqlamada ona göndərilən dəstək mesajlarına görə təşəkkür edib:
“Mesajlarınız üçün çox təşəkkür edirəm, cavab verə bilmədiyim üçün məni bağışlayın. Yeni sağalmağa başlayıram. Allaha şükür ki, əməliyyatım yaxşı keçdi. Həkimim dünən müsbət fikirlər söylədi, ümidliyik. İnşallah, bu problemi birdəfəlik həll edəcəyik”.
Müğənni bildirib ki, hazırda həkim nəzarəti altındadır və bərpa prosesi davam edir.
O, əməliyyatdan əvvəl qısa müddətə polis tərəfindən saxlanıldığını, daha sonra isə planlaşdırılmış əməliyyata alındığını açıqlayıb. Bu səbəbdən ictimaiyyətə vaxtında məlumat verə bilmədiyini qeyd edib.
M.Dalkılıç saxlanılması zamanı verdiyi narkotik testinin nəticəsinin mənfi olduğunu və bu barədə bəzi media orqanlarında məlumat yayımlandığını bildirib.

Son xəbərlər
Son Xəbərlər