Sevincini Arif Əsədova təpik vuraraq yaşadı - Video

sevincini-arif-esedova-tepik-vuraraq-yasadi
Oxunma sayı: 13457

Xəbər verdiyimiz kimi, Azərbaycan milli komandası Avro-2024-ün seçmə mərhələsi çərçivəsində doğma meydanda İsveçi 3:0 hesabı ilə məğlub edib.

“Qafqazinfo”nun məlumatına görə, yığmamızın baş məşqçisi Canni De Byazi millimizin üçüncü qolunu köməkçisi Arif Əsədova təpik vuraraq qeyd edib.

İtaliyalı çalışdırıcı həmin anı belə şərh edib:

“Ariflə münasibətimiz əladır. Dəyişiklikər zamanı müzakirə edirdik. Futbolda da 60 yaşlı kişilər özünü uşaq kimi aparır. Sadəcə sevincli alındı”.

Həmin anın videosunu təqdim edirik: