Şeyx Özbəkistana gedir

seyx-ozbekistana-gedir
Oxunma sayı: 1067

Noyabrın 24-də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Özbəkistana səfərə yola düşür.

“Qafqazinfo” xəbər verir ki, QMİ sədri A.Paşazadə paytaxt Daşkənd şəhərində Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə rəhbərləri Şurasının IV görüşündə iştirak edəcək.

Noyabrın 28-dək davam edəcək səfər müddətində nümayəndə heyətinin Özbəkistanda bir sıra görüşlər keçirəcəyi, rəsmilər tərəfindən qəbulu, KİV-də çıxışları və dini-mədəni abidələrlə tanışlıq nəzərdə tutulur.