Silk Way West Airlines BMT-nin Qlobal Sazişinə qoşuldu

silk-way-west-airlines-bmt-nin-qlobal-sazisine-qosuldu
Oxunma sayı: 1161

Xəzər və Mərkəzi Asiya regionunun aparıcı yük aviaşirkəti olan Silk Way West Airlines BMT-nin Qlobal Sazişinə qoşulduğunu elan edib. Bu mühüm addım aviaşirkətin dayanıqlığını və etik biznes davranışına sadiqliyini vurğulayır, əməliyyatlar və strateji istiqamət üçün yeni standartlar müəyyən edir.

Sazişə qoşulmaqla Silk Way West Airlines BMT-nin qlobal miqyasda tanınan mənəvi və etik prinsiplərinə uyğunlaşmaqla yanaşı, həm də bütün dünyanı əhatə edən geniş bilik, təcrübə və əlaqələr ehtiyatlarından bəhrələnəcək. Bu, aviaşirkət üçün brendi geniş şəbəkə vasitəsilə tanıdan və dünya üzrə təsirinin artrmasını vəd edən transformativ yoldur.

Sazişin üzvlüyü Silk Way West Airlines üçün yeni strateji imkanlar yaradır və müxtəlif sənaye və sektor nümayəndələri ilə potensial əməkdaşlığı gücləndirir. Bu növ tərəfdaşlıqlar ümumi davamlılıq məqsədlərinə doğru kollektiv fəaliyyətə təkan vermək məqsədi daşıyır. Qlobal Saziş vasitəsilə aviaşirkət korporativ davamlılıq alətlərinə və resurslarına sərbəst çıxış əldə edir və ətraf mühitin mühafizəsi, sosial məsuliyyət və etik idarəetməyə olan yanaşmasını təkmilləşdirməyə hazırlığını bildirir.

Silk Way West Airlines aviaşirkətinin prezidenti Volfqanq Mayer BMT-nin Qlobal Sazişinə qoşulmaqdan məmnunluğunu ifadə edərək, qeyd etdi: “Bizim BMT Qlobal Sazişinin prinsiplərinə sadiqliyimiz korporativ məsuliyyət üçün standartlaşdırılmış bünövrəni nəzərdə tutur. Bu, aviaşirkətin universal meyarlara və ən yaxşı təcrübələrə cavab verməsini təmin edərək, davamlılıq strategiyasının sistemli yanaşmasına, həyata keçirilməsinə və icrasına yol açır”.

BMT-nin Qlobal Sazişinə sadiq olaraq Silk Way West Airlines 2030 Dayanıqlı İnkişaf Gündəliyinin bir hissəsi kimi BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinə töhfə verməyə can atır, davamlı inkişaf prinsiplərini əsas əməliyyatlarına inteqrasiya etməyi hədəfləyir. Aviaşirkət qlobal miqyasda dayanıqlı inkişafın təşviqində mühüm rolunu dərk edərək, davamlı aviasiya sahəsində inkişafı dəstəkləmək üçün sənaye təcrübəsindən istifadə etmək niyyətindədir.

Əsası 2012-ci ildə İpək yolunun qəlbi sayılan Bakıda qoyulmuş Silk Way West Airlines Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən 14 müasir Boeing 777F, Boeing 747-8F və 747-400F yük təyyarəsindən ibarət donanması ilə dünyanın müxtəlif ölkələrinə hər ay yüzlərcə uçuş həyata keçirir. Donanmasını genişləndirən Silk Way West Airlines 28 aprel 2021-ci ildə beş yeni 777F təyyarəsinin alınması üçün Boeing ilə strateji müqavilə imzalayıb, ardınca daha iki ən müasir 777-8F yük təyyarəsinin alınması üçün 10 noyabr 2022-ci ildə müqavilə imza atıb. Həmçinin 28 iyun 2022-ci ildə Airbus ilə iki A350F yük təyyarəsinin alınması barədə razılığa gəlib. 

Aviaşirkətin illik yükdaşıma dövriyyəsi 500.000 tondan artıqdır, genişlənən marşrut şəbəkəsi isə Amerika, Avropa, MDB ölkələri, Yaxın Şərq, Mərkəzi və Şərqi Asiya üzrə 40-dan çox istiqaməti əhatə edir.