Şirvanda xüsusi karantin rejimi ilə bağlı izahetmə-xəbərdarlıq işləri aparılır - Fotolar

sirvanda-xususi-karantin-rejimi-ile-bagli-izahetme-xeberdarliq-isleri-aparilir
Oxunma sayı: 2217

Şirvanda xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsi məqsədi ilə şəhər ərazisində izahetmə-xəbərdarlıq işləri aparılır.

“Qafqazinfo”nun məlumatına görə, xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq şəhər ərazisində və qəsəbələrdə əhalinin sıx toplaşdığı ərazilərdə fərdi izahetmə-xəbərdarlıq işlərinin aparılması məqsədi ilə Şirvan şəhər İcra Hakimiyyəti Aparatının, şəhər Bələdiyyəsinin, 1 saylı İnzibati Ərazi Dairəsinin və digər qurumların əraziləri yaxşı tanıyan məsul işçilərindən ibarət mobil qrup yaradılıb, mobil qrupların tərkibinə qoruyucu maskalar taxmış əraziləri yaxşı tanıyan və əhali arasında nüfuzu olan məktəb direktorları, mənzil təsərrüfatı və kommunal kombinatı müəssisələrinin işçiləri də cəlb edilib.

Post Patrul Xidmətinin və Yol Polisinin əməkdaşları nəqliyyat vasitələri ilə binaların qarşısında və məhəllərdə gəzərək səsgücləndiricilər vasitəsi ilə vətəndaşları xüsusi karantin rejiminin tələblərinin yerinə yetirilməsinə dəvət edirlər. Şəhərin bütün park və xiyabanlarında sakinlərin əyləşməsi üçün nəzərdə tutulan oturacaqların yığışdırılmasına başlanılıb.

Xüsusi karantin rejiminin tələblərinə, habelə sanitar epidemioloji normalara qeyd-şərtsiz əməl olunması üçün Şirvan şəhəri ərazisində zəruri tədbirlərin görülməsi davam etdiriləcəkdir. Bir daha şəhər sakinlərini şəxsi gigiyena qaydalarına əməl etməyə,  özünütəcrid tədbirlərinə uyğun davranmağa, yalnız ciddi ehtiyac yarandıqda evdən çıxmağa, digər şəxslərlə minimum kontaktda olmağa, insanların sıx toplaşdığı yerlərə getməməyə və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməyə çağırırıq.