Şıxda çöl quşları tələf oldu, araşdırma gedir - Fotolar

sixda-col-quslari-telef-oldu-arasdirma-gedir
Oxunma sayı: 1531

Sosial şəbəkələrdə çöl quşlarının səbəbsiz şəkildə ölməsi ilə bağlı paylaşımlar edilib.

“Qafqazinfo” xəbər verir ki, istifadəçilər bu halla Şıx çimərliyində rastlaşdıqlarını bildiriblər.

Görüntülərdə bir neçə çöl quşunun cəsədi yer alır.

Məsələ ilə bağlı  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, çöl quşlarının tələfatı aidiyyəti qurumlarla birgə araşdırılır.