Sıxlıq yaranan yolda işıqforun vaxtında dəyişiklik edildi - Video

sixliq-yaranan-yolda-isiqforun-vaxtinda-deyisiklik-edildi
Oxunma sayı: 1571

Bakıda nəqliyyatın sıx hərəkət etdiyi yol kəsişməsində quraşdırılmış işıqforun iş rejimində dəyişiklik edilib.

“Qafqazinfo” DİN-nin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadən xəbər verir ki, Binəqədi şosesi ilə Mehdiabad yolunun kəsişməsində təhlillər aparılıb.

Avtomobillərin intensiv hərəkət etdiyi bu yolda axşam saatlarında yaranan sıxlığın qarşısını almaq üçün kəsişmədə olan işıqforun vaxt planına dəyişiklik edilib.

Belə ki, Mehdiabad yolundan hərəkət edən nəqliyyatın faza vaxtı 7 saniyə artırılıb. Nəticədə axşam saatlarında Mehdiabad yolundan kəsişmə istiqamətinə hərəkət edən nəqliyyat axınının sıxlığı aradan qaldırılıb.