SOCAR Müşahidə Şurasına yeni üzv təyin edildi

socar-musahide-surasina-yeni-uzv-teyin-edildi
Oxunma sayı: 5723

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən, iqtisadiyyat nazirinin müşaviri Anar Axundov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının üzvü təyin edilib.