“Soğanla sarımsaq koronavirusdan qorumur” - Baş infeksionist

soganla-sarimsaq-koronavirusdan-qorumur
Oxunma sayı: 12092

“Soğan və sarımsaq koronavirusdan qorumur”.

Qafqazinfo” xəbər verir ki, bu sözləri Nazirlər Kabinetinin yanında Operativ Qərargahın üzvü, baş infeksionist Cəlal İsayev bu gün keçirilən brifinqdə deyib. 

O bildirib ki, əsasən evdə hazırlanan, vitaminli qidalara üstünlük vermək lazımdır:

"Açıq havada olub, 8 saatlıq yuxu rejiminə riayət etməliyik. Soğanla sarımsaq koronavirusdan qorumur, bu, səhv məlumatdır. İnsanlar yarımfabrikatlardan istifadə etməkdən çəkinməlidir".