Şolts ABŞ-də “əkiz”i ilə görüşdü - Foto

solts-abs-de-ekizi-ile-gorusdu
Oxunma sayı: 5326

ABŞ-də səfərdə olan Almaniya Kansleri Olaf Şolts Vaşinqtonda xarici görünüş baxımından ona çox bənzəyən amerikalı senator Kris Kunsla görüşüb. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə O.Şolts öz “X” hesabında paylaşım edib.

“Əkizim – Kris Kunsu yenidən görmək xoşdur”, - deyə Almaniya Kansleri qeyd edib. 

Qeyd edək ki, Şolts Vaşinqtonda ABŞ Prezidenti Co Baydenlə danışıqlar aparacaq.