Son Osmanlı şahzadələri tapıldı

son-osmanli-sahzadeleri-tapildi
Oxunma sayı: 643

“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Sultan V Muradın törəmələri indi İngiltərə və ABŞ-da yaşayır. Sultanın nəvəsi Osman Selaheddin Osmanoğlu nəsillərində 25 şahzadə, 16 sultan, 23 sultanzadə və 13 xanım sultanın olduğunu bildirib. Digər qohumlarının Amerikada yaşadığını deyən Osmanoğlu onlarla yalnız internet vasitəsilə əlaqə saxladıqlarını söyləyib: “Osmanlı ailəsinin indi 77 üzvü qalıb. “Facebook”da yaratdığımız qrupda tez-tez müxtəlif mövzularda müzakirələr aparırıq”.

Osmanoğlu ailələri ilə bağlı daha bir maraqlı faktı açıqlayıb. Onun sözlərinə görə, Fatih Sultan Mehmet haqqında çəkiləcək filmdə onun rolunu həqiqi bir şahzadə canlandıracaq: “Sultan Mehmet haqqında sənədli film çəkilmək təklifi gəldi. Sevirəm ki, Fatihin qocalıq dövrünü şahzadə oynayacaq. Sultan II Əbdülhəmidin nəvəsi olan şahzadə Orxan indi Türkiyədə yaşayır”.

Qeyd edək ki, Osman Selaheddin Osmanoğlu da “Muhteşem Yüzyıl” serialını tənqid edənlər sırasındadır.