"Bu gün ölüm hadisələrinin çoxu avtobuslarda olur. Bu da sürücülərin daxili qayda-qanunları lazımi səviyyədə bilməməsindən irəli gəlir”.
“Qafqazinfo” AzVision.az-a istinadən xəbər verir ki, bunu deputat Siyavuş Novruzov parlamentin bu gün keçirilən iclasında deyib.
Millət vəkilinin sözlərinə görə, bəzi sürüclər avtobuslarda söyüş söyür, siqaret çəkir, hətta telefonla da danışırlar: “Qanunvericilikdə bu məsələlərlə bağlı müddəalar təkmilləşdirilməlidir. Elə insan var ki, qatardan Bakıya düşən kimi avtomobil idarə etmək üçün lisenziya alıb sürücülük edir. Yolu tanımır və hansısa yol hərəkəti qaydaları ilə bağlı nişanları bilmir. Nəticə etibarı ilə həmin sürücü yol qəzalarına şərait yaratmış olur. Naxçıvan Muxtar Respublikasında ayda bir dəfə həm avtobus, həm də taksi sürücülərini Dövlət Avtomobil Müfəttişliyi toplayır.
Burda isə səhər gedib axşam qayıdanda görürsən ki, yolun ortasında beton parçası qoyulub. Bu da insanların əsəblərini korlayır. Hətta bir küçəni elə mühasirəyə alırlar ki, heç 41-45-ci müharibəsində belə mühasirə olmayıb. Bunu qabaqcadan sürücələrə elan etmək lazımdır. İntellektual idarəetmə adı altında avtobuslar arasında intervallar tez-tez pozulur. Bu məsələlərə də diqqət etmək lazımdır. Sürücələrin yolları tanımaması da başqa problemdir. Bir də baxırsan ki, yolda yuxu səni tutur və ayılanda tamam başqa yerdə olursan. Ona görə də bu məsələlərə ciddi nəzarət olmalıdır".
Son xəbərlər
Son Xəbərlər