“Qarabağ” dekabrın 10-da UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI turu çərçivəsində Ayaks”la matça gələcək azarkeşlərə müraciət edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Ağdam təmsilçisi tərəfdarları stadiona erkən gəlməyə çağırıb.
Bildirilib ki, oyun başlayandan 20 dəqiqə sonra stadiona giriş məhdudlaşdırılacaq.
Qapılar qarşılaşmaya 2 saat 30 dəqiqə (saat 19:15) qalmış açılacaq.
Qeyd edək ki, “Qarabağ” – “Ayaks” matçı dekabrın 10-u saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq.
Son xəbərlər
Son Xəbərlər