“Stolda oturmaq 10 manatdır” - Adı pulsuz olsa da...

stolda-oturmaq-10-manatdir
Oxunma sayı: 6889

Son günlər havaların isti keçməsi paytaxt sakinlərinin çimərliklərə üz tutmasına səbəb olub. Beləliklə, ölkədə fəaliyyət göstərən çimərliklərin həm problemləri, həm də üstünlükləri məlum olub.

Artıq Qafqazinfo”ya çimərliklərin vəziyyəti, eyni zamanda xidmət səviyyəsi ilə bağlı şikayətlər daxil olmaqdadır. 

Vətəndaşlar bildirir ki, Xəzər rayonu, Buzovna çimərliyinə giriş pulsuz olsa da, oturmaq üçün yerlər pulludur.

Onların sözlərinə görə, oturub nəsə yemək üçün stolun biri 10 manatdır.  

Yayın qızmar günəşində dənizə sığınan vətəndaşlar qiymətin bahalığından sözügedən məkandakı aidiyyətı şəxsə etiraz etsələr də, onların şikayətinə məhəl qoymadıqlarını diqqətimizə çatdırıblar.

Əvəzində isə “hara istəsəz şikayət edə bilərsiz, qiymətdən narazısınızsa, stolda oturmayın” cavabını eşiiblər.

Qeyd edək ki, Bakı Şəhər İcra Hakimiyyəti Şıx çimərliyi istisna olmaqla digər ərazilərin ödənişsiz olduğunu bildirib.