Subasmadan sonra Bərdədə vəziyyət belədir - Fotolar+Video+Yenilənib

subasmadan-sonra-berdede-veziyyet-beledir
Oxunma sayı: 8690

Xəbər verdiyimiz kimi, Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb.

“Qafqazinfo” APA-ya istinadən sözügedən ərazidən fotoları təqdim edir.

Qeyd edək ki, FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumlar məlumatlandırılıb.

***

Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilərin subasmaya məruz qalması barədə daxil olmuş məlumat əsasında Fövqəladə Hallar Nazirliyinin Qarabağ, Aran və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub.

FHN-in qüvvələri tərəfindən subasmaya məruz qalmış Qaraqoyunlu kəndində zəruri təhlükəsizlik tədbirləri görülüb, o cümlədən təxliyə işləri həyata keçirilib.

Hazırda aidiyyəti qurumlarla koordinasiyalı şəraitdə su kanalının bəndinin uçmuş hissəsinin bərpası işləri davam etdirilir.