Sumqayıtda kollecin yataqxanası yandı - Video - Yenilənib

sumqayitda-kollecin-yataqxanasi-yandi
Oxunma sayı: 7855

Bu gün axşam saatlarında Sumqayıtda yanğın başlayıb.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhər ərazisində yerləşən kollecin yataqxanasında qeydə alınıb.

Hazırda FHN-in yanğınsöndürmə briqadası hadisə yerinə cəlb olunub.

FHN-dən “Qafqazinfo”ya bildirilib ki, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. 

Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidməti və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub. 

Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***

Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında yanğına əlaqədar polis əməkdaşları əraziyə cəlb edilib. 

DİN-in mətbuat xidmətindən bildirilib ki, ərazi mühafizəyə götürülməklə təhlükəsizlik tədbirləri görülür.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğınla mübarizə tədbirləri davam etdirilir. 

Nazirlikdən bildirilir ki, həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğının binanın ikinci korpusuna keçməsinin qarşısı alınıb. 

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinlərinin təxliyəsi həyata keçirilib. 

Əlavə məlumat veriləcək.

***

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, yataqxana tipli bu bina qazlaşmayıb. Təhlükəsizlik tədbirləri çərçivəsində hadisə yerinə yaxın ərazilərin qaz təchizatı müvəqqəti olaraq dayandırılıb.

***

Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb. 

Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir. 

Əlavə məlumat veriləcək.

***

FHN-dən verilən məlumata görə, Sumqayıt şəhəri, 22-ci məhəllədə yerləşən yataqxana binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən söndürülüb.

***

Yanğın nəticəsində hər mərtəbəsi 512m² olmaqla ümumi sahəsi 1024m² olan ikimərtəbəli binanın 2-ci mərtəbəsində 6 otağın yanar konstruksiyaları 200m² sahədə və dam örtüyünün yanar konstruksiyaları yanıb.

Binanın böyük hissəsi, bitişik olan korpusu və yaxınlıqdakı evlər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində 8 nəfər sakinin təxliyəsi həyata keçirilib.