Sumqayıtdakı yanğın söndürüldü - Video - Yenilənib

sumqayitdaki-yangin-sonduruldu
Oxunma sayı: 9330

Sumqayıt şəhərindəki “Green house” şadlıq evi yanır.

“Qafqazinfo” xəbər verir ki, yanğınla bağlı video sosial şəbəkələrdə yayılıb.

Görüntülərdən aydın olur ki, şadlıq evinin binasının yaxınlığında yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) yaydığı xəbərə görə, “112” qaynar telefon Sumqayıt şəhərində şadlıq evində yanğın olması barədə ilkin məlumat daxil olub.

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

***

Yanğın məhdudlaşdırılıb. Soyutma işləri aparılır.

***

Sumqayıt şəhərində yerləşən “Green House” şadlıq evində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Havanın küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğınsöndürənlərin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın qısa müddətdə söndürülüb. Hadisə zamanı xəsarət alan olmayıb.