“Süni intellekt 5 ildən sonra hamıdan daha ağıllı ola bilər”

suni-intellekt-5-ilden-sonra-hamidan-daha-agilli-ola-biler
Oxunma sayı: 1687

“Süni intellekt 2029-cu ildə bütün insanlardan daha ağıllı ola bilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu amerikalı sahibkar İlon Mask öz “X” hesabında yazıb. 

O, paylaşımında tanınmış amerikalı futuroloq Reymond Kurtsveylin “2029-cu ilə qədər süni intellekt insan intellektinin səviyyəsinə çatacaq” açıqlamasına münasibət bildirib. 

“Süni intellekt gələn il istənilən bir insandan, 2029-cu ildə isə ümumilikdə bütün insanlardan daha ağıllı ola bilər”, - deyə Mask qeyd edib.