Super Liqa klubunda yeni baş məşqçi

super-liqa-klubunda-yeni-bas-mesqci
Oxunma sayı: 1407

Türkiyənin "Pendikspor" klubunun yeni baş məşqçisi məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə İstanbul klubunun mətbuat xidməti məlumat yayıb. 

Bildirilib ki, Super Liqa təmsilçisini bundan sonra İbrahim Üzülməz çalışdıracaq.

Üzülməz bu vəsifədə istefaya göndərilən İvo Vieyranı əvəzləyib.

Qeyd edək ki, Üzülməz son olaraq "Eyüpspor"u çalışdırıb. O, ötən ilin martından işsiz idi. 49 yaşlı mütəxəssisin yeni komandası topladığı 26 xalla Super Liqada 20 iştirakçı arasında 19-cudur.