Suraxanıda növbəti küçə asfaltlandı - Fotolar

suraxanida-novbeti-kuce-asfaltlandi
Oxunma sayı: 1218

Suraxanı rayonunda abadlıq-quruculuq işləri geniş miqyas alaraq qəsəbələrdə asfalt örtüyü olmayan küçələrdə, həmçinin uzun müddət əsaslı şəkildə təmir olunmayan yollarda asfaltlanma işləri davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, sürətlə abadlaşan Əmircan qəsəbəsində də genişmiqyaslı abadlıq-quruculuq layihəsi çərçivəsində asfaltlama işləri aparılır.

Qeyd edək ki, Əvəz Verdiyev küçəsində 2216 kv.m asfalt örtüyü vurulub.

Həmçinin, rayon ərazisində asfaltlanmasına ehtiyac olan digər küçələrdə də bu işlər mərhələli şəkildə aparılır.