Suraxanıda Rayon İcra hakimiyyəti başçısının müntəzəm olaraq yerlərdə əhali ilə keçirdiyi səyyar görüşlər davam etdirilir.
“Qafqazinfo” xəbər verir ki, RİH başçısı Adil Əliyevin növbəti görüşləri Qaraçuxur qəsəbəsində yerləşən S.Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyada və Zığ qəsəbəsində yerləşən 317 №-li tam orta ümumtəhsil məktəbində baş tutub.
Səyyar görüşlərdə RİH başçısının müavinləri və sektor müdirləri, qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndələr və bələdiyyə sədrləri, xidmət təşkilatlarının rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
Adil Əliyev çıxış edərək Prezident cənab İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında ölkədə həyata keçirilən genişmiqyaslı sosial-iqtisadi islahatlardan, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən tədbirlərdən bəhs edib, rayon ərazisində aparılan abadlıq quruculuq işləri, həyata keçirilən infrasturuktur layihələri, sosial problemlərin həlli istiqamətində görülən işlər və bu sahədə qarşıda duran vəzifələrlə bağlı sakinlərə məlumat verib.
Səyyar görüşlərdə məhəllədaxili yollarda asfalt örtüyünün salınması, lift və elektrik təchizatında yaranmış problemlərə dair qaldırılan müraciətlərin araşdırılaraq həlli istiqamətində lazimi tədbirlərin görülməsi ilə bağlı RİH başçısı Adil Əliyev tərəfindən aidiyyəti üzrə idarə rəhbərlərinə müvafiq tapşırıqlar verilib və məsələlər nəzarətə götürülüb.








Son xəbərlər
Son Xəbərlər