Süründürməçiliklə məşğul olan hakimlər cəzalandırıldı

surundurmecilikle-mesgul-olan-hakimler-cezalandirildi
Oxunma sayı: 7109

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib.

"Qafqazinfo" xəbər verir ki, şurada qanunvericiliyin kobudcasına pozulmasına, süründürməçilik və digər neqativ hallara yol verdiklərinə görə 4 hakimə töhmət verilib.

Bundan başqa, Etik Davranış Kodeksinin tələblərinin pozulmasına və hakim adına ləkə gətirən hərəkətlərə yol verdiyinə görə Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Ramil Həsənovun hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilib, 2 hakim barədə intizam icraatları başlanılıb.