Tacikistan Əfqanıstana tonlarla un göndərdi

tacikistan-efqanistana-tonlarla-un-gonderdi
Oxunma sayı: 1050

Tacikistan Əfqanıstana humanitar yardım olaraq 1000 ton un göndərib.

“Qafqazinfo” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə cümə axşamı BMT-nin Ümumdünya Ərzaq Proqramının saytında məlumat verilib.

"Tacikistan hökuməti Əfqanıstana 1000 tondan çox buğda unu göndərib. Bu humanitar yardım BMT-nin Ümumdünya Ərzaq Proqramı vasitəsilə verilib və bu ölkənin 120 min ehtiyacı olan vətəndaşı arasında paylanıb", - deyə hesabatda deyilir.