Tacikistanda polislə aksiyaçılar arasında toqquşma olub - Video

tacikistanda-polisle-aksiyacilar-arasinda-toqqusma-olub
Oxunma sayı: 1787

Tacikistanın şərqindəki Xoroqda ümumpamir etiraz aksiyası zamanı iştirakçılarla təhlükəsizlik qüvvələri arasında toqquşma olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, şəhərə yerli DİN bölmələrinin zirehli texnikası yeridilib və keçid məntəqələri şəxsi heyət tərəfindən gücləndirilib. Toqquşmalar zamanı bir neçə nəfərin yaralandığı bildirilir. Təhlükəsizlik qüvvələri Xoroqun mərkəzi meydanına gedən bütün yolları bağlayıb. Mənbələr qeyd edir ki, şəhər körpüləri mühasirəyə alınıb. Şəhərdə internet kəsilib. 

Etirazçılar Barxoroq mikrorayonundan Xoroqun mərkəzi meydanına doğru hərəkət edirlər.