Tanınmış aktyor da bələdiyyə sədri seçildi

taninmis-aktyor-da-belediyye-sedri-secildi
Oxunma sayı: 5210

Türkiyədə keçirilən bələdiyyə seçkilərində tanınmış teatr və kino aktyoru Erdal Beşikçioğlu da qələbə qazanıb.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sənətçi paytaxt Ankaranın Etimesgut bələdiyyəsinin sədri seçilib.

Ən son məlumata görə, namizəd 56,47 % səs toplayıb.

E. Beşikçioğlu seçkilərdə CHP namizədi olaraq iştirak edirdi.