Tanınmış aktyordan qeyri-etik paylaşım

taninmis-aktyordan-qeyri-etik-paylasim
Oxunma sayı: 3994

Tanınmış aktyor Ziya Ağanın onu qınayanlarla bağlı sosial şəbəkədə yazdığı status müzakirələrə səbəb olub. 

“Qafqazinfo” xəbər verir ki, aktyor paylaşımında qeyri-etik ifadələr işlətməklə həmin şəxslərə ismarış ünvanlayıb:

“Bu yaxınlarda eşitmişəm ki, mən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azər Paşa Nemətovun rəhbərliyi altında işlədiyim üçün məni qınayanlar var. Heyif ki, dəqiq bilmirəm kimdir, amma yəqin ki, anasını tanıyıram. Uzun sözün qısası, kimin nə problemi var, getsin problemini yaşasın. Mən səhnə ilə, peşə ilə məşğulam. Fərq etməz rəhbər kimdir, kimin rəhbəridir. Əlavə olaraq kim istəsə, anası ilə məşğul ola bilərəm”.

Daha sonra aktyor paylaşımın son hissəsində əvvəlkindən heç də etik hesab edilməyəcək dəyişiklik edib: “Həmin adamlara səslənirəm, bircə qram ürəyiniz varsa, gəlin üzümə deyin. Mən də bilim kimdir, çıxarım şalvarınızı, şəhərin görmədiyiniz yerlərində gəzdirim sizi”.

Qeyd edək ki, bir müddətdir bir neçə xalq və əməktar artist “AzDrama”nın rəhbəri Azər Paşa Nemətovu tənqid edərək onu köhnə fikirlilikdə, yeniliyə açıq olmamaqda ittiham edir.