Tanınmış professor universitetə buraxılmadı - Yenilənib

Tanınmış professor universitetə buraxılmadı
Oxunma sayı: 9771

Bakı Dövlət Universitetinin “Beynəlxalq jurnalistika” kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli karantin rejimində yaş məhdudiyyəti səbəbindən universitetə buraxılmayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə o, sosial şəbəkədə yazıb:

“2 gün əvvəl kafedradakı kömpüterimdən onlayn dərs keçmək üçün BDU-ya getdim. Adətim üzrə salam verib keçmək istəyəndə mühafizəçi şəxsiyyət vəsiqəmi göstərməyi xahiş etdi. Göstərdim. Təəssüflə başını yelləyib dedi:

- Professor, bağışlayın, Sizi universitetin ərazisinə buraxa bilmərəm.

- Niyə ki?

- Yaşınız 65-dən çoxdur.

Çox təsirləndim. 55 ildən bəri tələbə kimi, laborant kimi, müəllim kimi, baş müəllim kimi, dosent kimi, professor kimi, demək olar, hər gün fəxrlə gedib-gəldiyim müqəddəs bir ünvana məni buraxmadılar. Hələ də özümə gələ bilmirəm”.

***

BDU məsələ ilə bağlı açıqlama yayıb. Universitetdən verilən məlumata görə, ölkədə tətbiq olunan xüsusi karantin rejimi ilə əlaqədar olaraq cari ilin 3 mart tarixindən bütün təhsil müəssisələrində, o cümlədən BDU-da tədris və təlim-tərbiyə prosesi dayandırılıb, tədris məsafədən (distant formada) təşkil edilib.

Bildirilib ki, yay imtahan sessiyası dövründə, qanunvericiliyə uyğun olaraq, yalnız onlayn imtahan sessiyasının təşkili məqsədilə məhdud sayda əməkdaş işə cəlb olunub. Nəsir Əhmədlinin universitetə buraxılmaması da bununla əlaqədardır.


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi