“Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm” - Yenilənib

hazirda-bakidayam-telebelerden-imtahan-gotururem
Oxunma sayı: 3643

Azərbaycanın tanınmış xanəndəsi İranda hava limanında saxlanılıb.

“Qafqazinfo” Manset.az-a istinadən xəbər verir ki, Əməkdar müəllim Qəzənfər Abbasov İrandan Bakıya gələrkən aeroportda saxlanılıb.

Onun hansı səbəbdən saxlanıldığı məlum deyil.

Bu barədə məlumatı Q.Abbasov təsdiqləyib: "İranda konsertimiz baş tutdu. Eyni zamanda orada ustad dərsləri verdim. Bakıya gələrkən hava limanında məni saxladılar. Çoxlu sorğu-sual etdilər, daha sonra telefonumu əlimdən aldılar. Mənim burada da iranlı tələbələrim var. Onlarla telefon danışıqlarımı yoxladılar.

Daha sonra telefonumu aparıb baxanda mənim və tələbəmin İran prezidenti Pezeşkiyanla şəkilimi görüblər. Bu hadisədən sonra mənə olan münasibət dəyişdi. Köməkçiyə fars dilində göstəriş verildi ki, bunu dərhal bilet alıb yola salın. Təyyarəm isə artıq uçmuşdu. Mən problemli adam deyiləm, müəlliməm, xanəndəyəm. Məni niyə saxladıqlarını başa düşmədim”. 

***

Məsələni dəqiqləşdirmək üçün Qəzənfər Abbasovla əlaqə saxladıq. O, “Qafqazinfo”ya açıqlamasında on gün öncə İranda, Təbriz şəhərində olduğunu bildirib: “Orada konsertlərimiz baş tutub. İrandan qayıdarkən hava limanında bir qədər gözlətdilər. Başqa heç bir problem olmadı. Hazırda Bakıdayam, tələbələrdən imtahan götürürəm”.

Lamiyə Məmmədova