Tansu Çillərin ailəsində şiddət qalmaqalı - Foto

tansu-cillerin-ailesinde-siddet-qalmaqali
Oxunma sayı: 7204

Türkiyənin keçmiş Baş naziri Tansu Çillərin oğlu Mert Çillər xanımı Zeynep Çillərə şiddət göstərib.  

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sözcü” qəzeti məlumat yayıb. İddiaya görə, M. Çillər Zeyneb Çilləri dəfələrlə övladlarının gözü qarşısında döyüb, onu saçından tutaraq başını dəfələrlə divara çırpıb.  

Bundan sonra Z. Çillər iki övladını götürərək qonşuya qaçıb və oradan polisə zəng vuraraq şikayətçi olub. Hadisə yerinə gələn polis əməkdaşları təcili tibbi yardıma müraciət edib, zərərçəkən xəstəxanaya aparılıb. İddiaya əsasən, 2009-cu ildən bu yana evli olan cütlük arasında tez-tez münaqişələr baş verib. Buna səbəb M. Çillərin son zamanlar spirtli içki və narkotik maddələr qəbul etməsi göstərilir. 

Məhkəməyə müraciət edən Zeynep 2017-ci ildə də qabırğaları sınanadək döyüldüyünü iddia edib. O, dəfələrlə həyat yoldaşı tərəfindən zorlandığını, fiziki, psixoloji şiddətə, təhqirlərə məruz qaldığını bildirib. 

Z. Çillər qayınanası Tansu Çillərin də məsələyə qarışdığını, təhdidlərə məruz qaldığını qeyd edib. O, eks-baş nazirin ona “şikayətçi olsan, uşaqlarını bir daha görə bilməyəcəksən”,- deyə bildirdiyini açıqlayıb. 

Həmçinin Zeyneb həyat yoldaşından 10 milyon TL təzminat, 5 və 10 yaşlı övladı, özü üçün 300 min lira aliment istəyib. İstanbul Ailə Məhkəməsi M. Çillər haqqında evdən uzaqlaşma və Z. Çillərə yaxınlaşmama qərarı verib. 

Qeyd edək ki, Tansu Çillər 1993-1996-cı illərdə Türkiyənin Baş naziri olub.