Tbilisidə etirazçılarla polis arasında toqquşmalar başlayıb

tbiliside-etirazcilarla-polis-arasinda-toqqusmalar-baslayib
Oxunma sayı: 1447

Gürcüstanın paytaxtı Tbilisidə Hökumət Evi yaxınlığında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edənlərlə polis arasında toqquşmalar başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS-ın müxbiri hadisə yerindən məlumat verib.

Bildirilir ki, polis onlara yaxınlaşan etirazçıları geri itələməyə çalışsa da, nümayişçilər asayiş keşikçilərinin göstərişlərinə tabe olmur.

Gürcüstan Daxili İşlər Nazirliyinin əməkdaşları aksiyada iki nəfərin saxlanıldığını açıqlayıb. Onlardan birində soyuq silahın olduğu bildirilib.

Xatırladaq ki, Gürcüstan parlamenti ötən gün sözügedən qanun layihəsini birinci oxunuşda qəbul edib. Sənəd hələ ikinci oxunuşda da qəbul olunmalıdır. Bununla bağlı dinləmələr mayın 17-də baş tutacaq.