Tbilisidəki aksiyada vəziyyət gərginləşir - Video+Saxlanılanlar var

tbilisideki-aksiyada-veziyyet-gerginlesir
Oxunma sayı: 3004

Gürcüstan parlamentinin binası yaxınlığındakı etiraz aksiyasında vəziyyət vaxtaşırı gərginləşir.

“Qafqazinfo” xəbər verir ki, bir neçə dəqiqə əvvəl parlamentin hüquq məsələləri komitəsinin spikeri “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini dəstəklədiyini elan edib.

Bundan sonra vətəndaşlar polis barrikadasını aşaraq partlayıcı vasitələrdən istifadə ediblər.

Polis 10-a yaxın aksiya iştirakçısını saxlayıb, əraziyə çox sayda xüsusi təyinatlı polis qüvvələri cəlb edilib.

Qeyd edək ki, aksiya iştirakçıları “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinə etiraz edir və onun qəbuluna imkan verməyəcəklərini bildirirlər.