Təkəri dəyişmək istəyən sürücü bədbəxt hadisə ilə üzləşdi

tekeri-deyismek-isteyen-surucu-bedbext-hadise-ile-uzlesdi
Oxunma sayı: 3638

Şəmkir rayonunda sürücü ağır xəsarət alıb. 

“Qafqazinfo” xəbər verir ki, Dəllər-Cırdaxan kənd sakini, 2003-cü il təvəllüdlü Etibar Məmmədov idarəetdiyi “KAMAZ” markalı yük avtomobilinin şinini dəyişərkən anidən təkər partlayıb.

Nəticədə 24 yaşlı sürücü üz və göz nahiyəsindən ağır xəsarət alıb.  

Yaralı Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndərilib və reanimasiya şöbəsinə yerləşdirilib. 

Hazırda müalicəsi davam edir.

Yunis Quliyev