“Teknofest 2023” başladı - Fotolar

teknofest-2023-basladi
Oxunma sayı: 2430

İstanbulda sayca 6-cı “Teknofest” Aerokosmik və Texnologiya Festivalı keçirilir.

“Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki, Atatürk hava limanında keçirilən festivalın 2-ci günündə “Teknofest”in rəsmi açılış mərasimi baş tutub.

“Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar festival iştirakçıları ilə görüşüb.

Bildirilir ki, İstanbulda dünən yağan güclü yağış səbəbindən rəsmi açılış mərasimi bu günə təxirə salınıb.

Məlumata görə, şirkətin istehsal etdiyi “Kızılelma” pilotsuz döyüş təyyarəsi və “Kemankeş” raketi ilk dəfə festivalda nümayiş etdirilir. Festival aprelin 27-dən mayın 1-nə qədər davam edəcək.