Teleqramda bunlar da mümkün olacaq

teleqramda-bunlar-da-mumkun-olacaq
Oxunma sayı: 1418

Teleqram tərtibatçıları tətbiqin bir sıra əlavə funksiyalardan ibarət yeni versiyasını təqdim ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Durov Code” nəşri məlumat yayıb.

Bildirilib ki, yeni versiyada ödənişli “Telegram Premium” abunəsi sahibləri üçün indi daxil olan mesajları məhdudlaşdırmaq mümkündür.

Məsələn, mesajların yalnız telefon kitabçanızdakı kontaktlardan gəldiyinə əmin ola bilərsiniz. Digər istifadəçilər sizə heç nə göndərə bilməyəcəklər.

Bəzi məxfilik parametrlərində də dəyişiklik olub. Yenilik ondan ibarətdir ki, indi çatlarda siz qarşı tərəfin mesajı tam olaraq nə vaxt oxuduğunu görə bilərsiniz.