Xalq artisti Telman Adgözəlovun qızının işdən çıxarılması ilə bağlı məlumat yayılıb. Məlumatda bildirilir ki, fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov Telman Adgözəlovun qızını daxili tibb xidməti kapitanı vəzifəsindən azad edib. Eyni zamanda 1 rentgenoloq, 2 stomotoloq, 3 tibb bacısı, 1 terpaevt öz ərizələri ilə işdən çıxdığı qeyd edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sözügedən şəxslər müxtəlif vaxtlarda başqa işə keçmələri səbəbindən öz ərizələri əsasında vəzifələrindən azad olunublar.
Qeyd edək ki, məsələ ilə bağlı ilk məlumatı “Qaynarinfo” yayıb.
Son xəbərlər
Son Xəbərlər