İmişli rayonunda şin partlayışı zamanı usta xəsarət alıb.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Məzrəli kəndində baş verib.
Qoşqulu yük maşınının şininin təmiri zamanı qəfil partlayış baş verib. Nəticədə təmir işlərini aparan usta xəsarət alıb.
Yaralı İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı
Son xəbərlər
Son Xəbərlər