Tərbiyəsizlik edən jurnalist işdən qovuldu - Video

terbiyesizlik-eden-jurnalist-isden-qovuldu-
Oxunma sayı: 7077

Macarıstanın milli televiziyası olan “N1TV” kanalının əməkdaşı Petru Laslo polislərdən qaçan və əlində körpəsi olan miqranta badalaq vuraraq, onu yerə yıxdığı üçün işdən qovulub.

“Qafqazinfo” azvision-a istinadən xəbər verir ki, bu anı əks etdirən videogörüntü sosial şəbəkələrdə əks-səda doğurduqdan sonra televiziya rəhbərliyi onu işdən çıxarmalı olub.

“Bizim həmkarımız Reske düşərgəsində (mühacirlərin saxlanıldığı yer) özünü düzgün aparmadı”, - kanalın baş redaktoru Saboş Kişber deyib.

Yayılan başqa görüntülərdə isə jurnalist xanımın Yaxın Şərqdən gələn miqrantları təpiklədiyi görünür.