Terrorda ölənlərdən 68-nin kimliyi məlum oldu

terrorda-olenlerden-68-nin-kimliyi-melum-oldu
Oxunma sayı: 3503

“Crocus City Hall” konsert zalında törədilən terror aktı nəticəsində həlak olanlardan 68 nəfərin şəxsiyyəti müəyyən edilib.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bütün ölənlərin şəxsiyyəti müəyyən edildikdən sonra siyahı əlavə olunacaq.

Xatırladaq ki, martın 22-də “Crocus City Hall” konsert zalında Piknik rok qrupunun çıxışından əvvəl terror aktı törədilib. Son məlumata görə, hücum nəticəsində 182 nəfər xəsarət alıb. İstintaq Komitəsi 137 ziyarətçinin öldüyünü bildirib.