Terrorun hazırlanması ilə bağlı bəzi detallar məlum olub

terrorun-hazirlanmasi-ile-bagli-bezi-detallar-melum-olub
Oxunma sayı: 24840

“Crocus City Hall”da terror aktından əvvəl onu törədənlərin bir neçə dəfə əyləncə mərkəzinə baş çəkdiyi, tamaşaya qatıldıqları məlum olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “112” teleqram kanalı yayıb.

“Mühafizə postlarının yerləşdiyi yerə baxmaq, qaçış yollarını hesablamaq və planı nəzərdən keçirmək üçün ora getmək terror aktının təşkilinin bir hissəsi idi”,- nəşr bildirib.