“Tesla”nın xalis gəlirlərində rekord artım

teslanin-xalis-gelirlerinde-rekord-artim
Oxunma sayı: 1677

ABŞ-ın elektrikli avtomobil istehsalçısı olan “Tesla”nın xalis mənfəəti bu ilin ikinci rübündə 1,1 milyard dollarla rekord səviyyəyə çatıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tesla”nın ilin ikinci rübü ilə bağlı məlumatında qeyd olunub.

Şirkətin xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 998 faiz artaraq, 1,1 milyard dollara çatıb.

Belə ki, keçən ilin eyni dövründə şirkətin xalis mənfəəti 104 milyon dollar olmuşdu.

Şirkətin bu ilin ikinci rübündə əldə etdiyi gəlir isə ötən ilin eyni dövrü ilə müqayisədə 98 faiz artımla 11,9 milyard dollara yüksəlib. Ötən ilin eyni dövründə şirkət 6 milyard dollar gəlir əldə etmişdi.

“Tesla”nın keçən ilin ikinci rübündə 0,44 dollar olan səhmə görə mənfəəti bu ilin eyni dövründə 1,45 dollaradək artıb.

Şirkət aprel-iyul ayları ərzində dünya miqyasında 200 mindən çox avtomobil satıb.